Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "UNUTQANLIĞA SON DEYƏK" layihəsi çərçivəsində M.Ə.Sabir adına 5 nömrəli Pilot orta məktəbində tədbir keçirilmişdir. Tədbirdən öncə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Daşkəsən, Tovuz, Qazax, Ağstafa və Gəncə şəhər filiallarının sədrləri ilə toplantı keçirilmişdir. Filial sədrləri "UNUTQANLIĞA SON DEYƏK" layihəsi barəsində ətraflı məlumatlandırılmış və belə tədbirlərin yerlərdə keçirilməsi üçün tədbirlər planı müzakirə olunmuşdur.
Məktəbin direktor müavini Almaz Rzayeva toplantını açıq elan edərək tədbir iştirakçılarını təqdim etdi və sözü layihənin rəhbəri, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Hüseynov Əbülfətə verdi. Layihənin rəhbəri geniş şəkildə çıxış edərək keçmişimizin yaddan çıxmaması üçün Azərbaycanlı oğlanların Əfqanıstan müharibəsindəki iştirakından və yadelli işğalçıların tarix boyu başımıza açdığı bəlalardan danışdı.
Məktəbin hərbi rəhbəri Kərəm Rzayev çıxış edərək onun hərbi rəhbər olduğu bu məktəbdə belə tədbirin keçirdiyinə görə layihənin işçi qrupuna öz minnətdarlığını bildirdi və keçirilən hər bir belə tədbirin gənclərin əhval ruhiyyəsinin yüksəlməsinə səbəb olduğunu dedi.
Birliyin Gəncə şəhər filialının sədri Elbrus Allahverdiyev çıxış edərək gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təşkilati dəstək verdiyinə görə Gəncə şəhər İcra Hakimiyyətinə və M.Ə.Sabir adına 5 nömrəli Pilot orta məktəbin rəhbərliyinə, "UNUTQANLIĞA SON DEYƏK" layihəsinin işçi qrupuna və maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirdi.
Xəbəri hazırladı: "Mübarizə" qəzetinin müxbiri-İsmayılova Vəfa. |