Ana səhifə | Əlaqə         AZ | EN | RU         03:41 05/09/2010


Faydalı Linklər







23 noyabr 2009-cu il tarixdə Mingəçevir şəhərində keçiriən tədbir

       23 Noyabr 2009-cu il tarixdə Mingəçevir şəhəri Mehdi Hüseynzadə adına 3 saylı orta məktəbdə “UNUTQANLIĞA SON DEYƏK layihəsi çərçivəsində tədbir keçirilmişdir.
       Tədbiri məktəbin direktoru Barataşvili Tamara Lətifşahovna açıq elan etdi, qonaqları təqdim etdikdən sonra Azərbaycanın 3 rəngli dövlət bayrağı əsgər forması geyinmiş şagirdlər tərəfindən tədbir keçirilən zala gətirildi və Azərbaycanın Dövlət himni səslənməyə başladı. Dövlət himni səsləndikdən sonra məktəbin şagird kollektivi Azərbaycan oğullarının 1941-1945-ci il Böyük Vətən Müharibəsində, Əfqanıstan müharibəsində və erməni işğalçılarına qarşı vətənimizin müdafiəsində gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara həsr olunmuş şerlər dedi və mahnılar oxudular. Məktəbin rəhbərliyi tərəfindən yüksək səviyyədə təşkil olunmuş kompozisiyalardan sonra məktəbin adını daşıyan Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə barəsində çəkilmiş “UZAQ SAHİLLƏRDƏ” kino filmindən fraqmentlər göstərildi.
       Tədbirin bədii hissəsi qurtardıqdan sonra söz Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini, layihənin rəhbəri Hüseynov Əbülfətə verildi. O, çıxışını başlayarkən belə bir layihəni maliyyə cəhətdən dəstəklədiyinə görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü bildirdi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin və onun rayon və şəhər filiallarının Respublikamızda hərbi-vətənpərvərlik ruhunda apardığı tədbirlər barəsində məlumat verdi. O, çıxışında Əfqanıstan və Qarabağ müharibəsi haqqında, Rusiyanın əli ilə ermənilərin tarix boyu azərbaycanlıların başına açdığı oyunlar haqqında və azərbaycanlı gənclərinin Əfqanıstan və vətən torpağı uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar haqqında məlumat verdi. Çıxışının sonunda hər bir azərbaycanlı gəncin vətənini, torpağını sevməsi üçün tarix boyu yadelli işğalçıların başımıza gətirdikləri bəlaları yaddan çıxartmamağı tövsiyə etdi.
      Sonra söz Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Elşən İbrahimliyə verildi. O, özünün və cəbhə yoldaşlarının döyüş xatirələrindən danışdı, Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, Şəhər Maarif müdürlüyünə, M. Hüseynzadə adına 3 saylı orta məktəbin direktoru Tamara Barataşvili Lətifşahovnaya və məktəbin kollektivinə belə bir tədbirin keçirilməsinə dəstək olduqlarına görə öz minnətdarlığını bildirdi.
      Tədbirdə iştirak edən Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi Mingəçevir şəhər filialının sədri Məlikov Mehman Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün həyata keçirilən belə layihələri maliyyə cəhətdən dəstəklədiyinə görə və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə və onun üzvlərinə öz döyüş təcrübələrindən istifadə edərək gənclər arasında mütamadi olaraq belə tədbirləri keçirdiyinə görə öz minnətdarlığını bildirdi.
       Müharibə veteranları Məmmədov Elmidar, Musayev İzzət, Daşdəmirov Nizami söz alaraq gənclərə öz döyüş xatirələrindən danışdılar.
      Sonra layihənin işçi qrupunun üzvü Hadıyev Mirşamil Mirhadi oğlu Birliyin Mingəçevir şəhər filialının sədri İbrahimli Elşənə, məktəbin direktoru Tamara Barataşvili Lətifşahovnaya və tədbirdə əməyi keçən hər bir insana öz minnətdarlığını bildirdi.

Xəbəri hazırladı:  "MÜBARİZƏ"  qəzetinin müxbiri İSMAYILOVA VƏFA

Tarix: 30 Noyabr 2009  |  Baxış sayı: 188


AXTARIŞ


FOTO QALEREYA



SORĞU

Saytı necə qiymətləndirirsiniz?
Əla
Orta
Pis


HAVA PROQNOZU



ARXİV

© Copyright 2009 Azafveteran.com