
Minnətdarlıq məktubu
Minnətdarlıq məktubu
Mən Zeynalov Rafayıl Ağdam rayonundanam, Sovet Ordusu sıralarında Əfqanıstanda xidmət etmişəm. Müharibənin hər bir çətinliyini görmüşəm. Hələ bu müharibənin acılarını unutmamış ermənilər Azərbaycan torpaqlarına hücum etdilər və ərazimizin 20 %-dən çox hissəsini işğal etdilər. Anadan olduğum Ağdam rayonunun Əliağalı kəndi də ermənilər və onların havadarları tərəfindən zəbt olundu. Hazırda köçkünlük həyatı yaşayırıq.
Mən Əfqanıstan Müharibə Veteranları Ağdam rayon Təşkilatının sədriyəm.
2008-ci il sentyabr ayının 19-da Bakı şəhərində Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin növbəti Konfransı keçirildi, bu Konfransda MDB Hökumət Başçıları Şurası Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi Üzrə Komitənin sədri, Sovet İttifaqı Qəhrəmanı general Ruslan Auşev də iştirak edirdi.
Bu məktubumda Ruslan Auşev haqqında öz ürək sözlərimi bildirmək istəyirəm. O, bizim ailəmizə elə bir köməklik etdi ki, həyatım boyu ona borcluyam. Belə ki, oğlum Elmurad xeyli vaxtdır ki, xəstədir, hara aparırdımsa xəstəliyinə şəfa tapa bilmirdik. Bizə bildirdilər ki, onun xəstəliyini ancaq Rusiyada müalicə etmək olar. Oraya getmək isə bizim üçün maddi cəhətdən çox çətin idi. Mən Konfrans zamanı Ruslan Auşevə müraciət etdim və o mənim müraciətimə müsbət cavab verdi. Bizim işlərimizin həll olunmasını Komitədə səhiyyə üzrə müavini, professor Demçenko Qalina Zaxarovnaya tapşırdı, O, isə bizə əlindən gələn köməyi etdi. Odur ki, özüm və ailəmiz adından ona minnətdarlığımızı bildirirəm.
Biz Moskva şəhərinin Tula vilayətinə getdik, 2009-cu il may ayının 26-da oğlumun üzərində cərrahiyə əməliyyatı aparıldı. İndi oğlumun vəziyyəti xeyli yaxşılaşıbdır. Onu da qeyd edirəm ki, cərrahiyyə əməliyyatının bütün xərclərini Komitə öz üzərinə götürmüşdür. Odur ki, mən bir daha öz adımdan və ailəmiz adından oğlumuzun həyata qaytarılmasında köməyi olan Ruslan Auşevə minnətdarlığımı bildirirəm.
Rəfayıl Zeynalov,
Əfqanıstan müharibəsi döyüşçüsü |